Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səudiyyə Ərəbistanının Kralı İlham Əliyevi təbrik edib

Səudiyyə Ərəbistanının Kralı İlham Əliyevi təbrik edib

Tarix: 18 Oktyabr 2023 17:03

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.

Ölkənizin Müstəqilliyinin Bərpası Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimizi çatdırırıq.

Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının hökumətinə və xalqına davamlı inkişaf və rifah arzu edirik.

Zati-alinizə xoş arzularımızı və ehtiramımızı bildiririk".

Milli.Az


Etiketlər:  Səudiyyə Ərəbistanının Kralı İlham Əliyevi təbrik edib


RƏYLƏR