Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Məşhur müğənni 19 yaşında abort etdirməsindən danışdı

Məşhur müğənni 19 yaşında abort etdirməsindən danışdı

Tarix: 18 Oktyabr 2023 18:00

Amerikalı pop ulduz Britni Spirs müğənni Castin Timberleyklə sevgili olarkən uşaq abort etdirməsindən yazıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə o öz memuarında xüsusi bir qeyd verib. Həmin qeyd  "People" jurnalında dərc olunub.

Britni bildirib ki, əgər həmin uşağı əməliyyat yolu ilə götüzdürməsəydi, 19 yaşında ana ola bilərdi. Lakin Timberleyk uşağı istəməyib.

"O mənim hamilə olmam  barədə xəbəri sərt qarşıladı. Bildirdi ki, valideyn olmağa hazır deyilik. Çox gənc idik. Ümid edirəm, insanlar bu qərarı verdiyimə görə, mənə nifrət etməyəcəklər. Bilmirəm bu doğru, yoxsa səhv qərar idi", - 41 yaşlı Britni etiraf edib.

Milli.Az


Etiketlər:  Məşhur müğənni 19 yaşında abort etdirməsindən danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ