Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Oktyabr 2023 23:30
İngiltərə millisinin futbolçusu Harri Keyn yeni rekorda imza atıb.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, 30 yaşlı hücumçu buna İtaliyaya 3:1 hesabı ilə qalib gəldikləri AVRO-2024-ün seçmə mərhələ oyununda dubl etməklə nail olub. Təcrübəli forvard "Uembli" stadionunda İngiltərə millisinin forması ilə vurduğu qollarının sayını 24-ə çatdırıb.
Keyn "Uembli"də vurulan qolların sayına əfsanəvi Bobbi Çarltonu (23 qol) geridə qoyub.
Qeyd edək ki, İngiltərə millisi qələbə sayəsində final mərhələsində iştirakı təmin edib.