Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

AzTV-nin keçmiş diktoru: “Onlar ölməyincə ölən deyiləm” - VİDEO

AzTV-nin keçmiş diktoru: “Onlar ölməyincə ölən deyiləm” - VİDEO

Tarix: 20 Oktyabr 2023 13:55

Azərbaycan televiziyasının (AzTV) məşhur diktoru Xalidə Gözəl bədbəxt hadisə ilə üzləşib. 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, "Elgizlə izlə" ictimai-sosial proqramının aparıcısı Elgiz Əkbər doqquz ay əvvəl yıxılaraq yatağa məhkum olan televiziya ulduzunun evinə yollanıb. 

X.Gözəl başına gələn xoşagəlməz hadisəni belə nəql edib: 

"Mən Dövlət Dəmir Yol Xəstəxanasının arxasında yıxıldım. Qapıya çatanda bir pilləkan idi. Bir ayağımı o pilləkana atdım. Digərini atanda elə bil ki, kimsə məni fırladıb, yerə çırpdı. Beləcə mən budumdan ciddi xəsarət və zədə aldım. Yaman gündə idi. Çevik və hərəkətdə olan insanam. Doqquz ay yataqda yatmalı oldum. Yıxılmışdım və budumda çat əmələ gəldi.

O çat isə özü birləşməli idi. Məcburən arxası üstə yatmalı oldum. Çat birləşdi. Artıq gördüyünüz kimi mən sərbəst gəzə bilirəm. Bu yaşımda sümüyün birləşməsi məsələsində əsl inqilab etmişəm. Bu doqquz ay müddətində evimdə qaldım. Yaxınlarım qulluğumda dayandılar. Sağalmağım üçün dərmanlar qəbul etdim, müalicələr aldım." 

Diktor bildirib ki, onun pisliyini istəyən insanlar ölməyincə dünyasını dəyişməyəcək: 

"Bəzi insanlar var ki, onların ölüsünü görməyincə ölməyəcəyəm. Onların adlarını çəkə bilmərəm. Amma zaman gələcək biləcəksiniz. Allah onsuz da onları bir yerə yığır". 

Qeyd edək ki, Xalidə Gözəlova türk vətəndaşı Zakir ilə ailə quran qızı Aytənin xoş olmayan ailə dramından danışaraq gündəmə gəlmişdi. O "Kürəkənim içkili olduğu üçün qızım da onu döyüb.

Mən də olsam döyərdim. İçkili adamı döyərlər. Uşaqlıqdan yaşadığım travmalarım olduğu üçün içkili insan görəndə özümdən asılı olmadan əsəbiləşirəm. Amma bu travmanın nə olduğunu açıqlamaq istəmirəm" sözlərini dilə gətirmişdi. 

Cütlük ayrılıb. Aytənin bu nikahdan bir qız övladı var. 

Milli.Az


Etiketlər:  AzTV nin keçmiş diktoru Onlar ölməyincə ölən deyiləm VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ