Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Real Madrid” “Sevilya” səfərindən 1 xalla qayıdır

“Real Madrid” “Sevilya” səfərindən 1 xalla qayıdır

Tarix: 22 Oktyabr 2023 00:04

İspaniya La Liqasının 10-cu turunda "Sevilya" öz meydanında "Real Madrid"i qəbul edib.

Milli.Az report-a istinadən xəbər verir ki, Ramon Sançes Pisxuan stadionunda keçirilən oyunda qalib müəyyənləşməyib.

Birinci hissənin dördüncü dəqiqəsində "kral klubu"nun yarımmüdafiəçisi Federiko Valverde topu tora atsa da, videotəkrara baxıldıqdan sonra qol ləğv edilib. Birinci yarı qolsuz bərabərliklə bitib.

İkinci hissədə, 76-cı dəqiqədə, "Real Madrid"in avstriyalı müdafiəçisi topu öz qapısına vuraraq rəqibi hesabda irəli çıxarıb. Lakin "ağ-qırmızılar"ın üstünlüyü çox çəkməyib: Alabanın mövqe üzrə yoldaşı Daniel Karvaxal almaniyalı Toni Kroosun ötürməsindən sonra hesabı bərabərləşdirib.

Beləliklə, matç 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, səfərdə xal itirməsinə baxmayaraq, "Real Madrid" turnir cədvəlinə başçılıq etməyə davam edir. Paytaxt klubunun aktivində 25 xal var. Onun ən yaxın təqibçiləri "Jirona" və prinsipial rəqibi "Barselona"dır. Onların aktivində müvafiq olaraq 22 və 21 xal var.

Milli.Az


Etiketlər:  Real Madrid Sevilya səfərindən 1 xalla qayıdır


RƏYLƏR