Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Oktyabr 2023 05:36
Bir cəmiyyətdə dövlət tərəfindən peşəsinə, vəzifəsinə görə tanınsınlar deyə doktoruna, polisinə və əsgərinə müəyyən bir geyim tərzi tətbiq edilir. Çünki bu peşələr dövlət tərəfindən xüsusi insanlara təlim-tədrislə qazandırılmış və səlahiyyəti sadəcə həmin insanlara verilmişdir.
Ancaq din, yuxarıda qeyd etdiyimiz sahənin insanları daxil hər kəsi əhatə edən və hər kəsin sahib olması lazım olan bir inancdır, həyat tərzi və yoludur. Dinimizdə hər kəs Allahın göstərdiklərindən sorumludur. Bu səbəblə xüsusi vəzifəli din adamı, sinifi və onlara məxsus geyim tərzi də yoxdur. Peyğəmbərimiz əleyhissəlamın və əvvəlki peyğəmbərlərin hamısının, içində yaşadıqları xalqların örf adətinə uyğun geyim-kuşam tərzi olmuşdur. Peyğəmbərlər geyim tərzi ilə deyil, təqvası və gözəl nümunə olması ilə fərqlənmişlər.
Din xadimlərinə məxsus xüsusi geyim tərzləri təhrif olunmuş dinlərdə mövcuddur. Yəhudilikdə, Xristianlıqda, Məcusilikdə və bütpərəstlikdə din xadimlərinin xüsusi geyim tərzləri vardır. Çünki dinin xüsusi din adamlarına məxsus bir peşə olduğunu, digər insanların isə dindən sorumlu olmadıqlarını və sadəcə günah işlədikləri zaman gəlib bu din xadimlərinin əli ilə təmizlənə biləcəklərini düşünmüşlər.
Təəssüf ki ənənə dini mənsubları da peyğəmbərimiz dövründə geyilən cübbə, sarıq və başqa bir çox şeylərin dini bir geyim forması, o cümlədən sünnə olduğunu düşünmüşlər. İnsanlar xüsusi ilə dini yöndən cahil olduqları zaman mətləbdən uzaqlaşır və şəkilçiliyə meyl edirlər. Savabı "sarıqda, saqqalda, cübbədə balaqda, təsbehdə" və s. bu kimi şeylərdə görürlər.
İslamda əsas olan qadın və kişilərin haram yerlərini örtən geyim tərzi və şəhvətə sövq etməyəcək şəkildə dar olmayan geyimlərin olmasıdır. Eyni zamanda təmiz olacaq: وَثِيَابَكَ فَطَهِّرْۙ "Paltarını təmiz saxla!" (Müddəssir 4).
Əlavə edək ki, dində nə həddi aşaraq Allahın icazə verdiyi yerləri (ağız, burun, üz, əl) örtmək doğru deyil nə də qadağan etdiyi yerləri açıb gəzmək doğru deyildir. Unutmayaq ki, biz insanları heyvanlardan ayıran keyfiyyətlərdən biri də geyim-kuşamdır.