Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qəzzada əməliyyat: İsrail əsgəri öldü

Qəzzada əməliyyat: İsrail əsgəri öldü

Tarix: 22 Oktyabr 2023 22:50

Qəzza sərhədi yaxınlığında İsrail ordusunun bir əsgəri ölüb, daha 3-ü yaralanıb.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə İsrail ordusunun nümayəndəsi Daniel Haqari deyib.

"Qəzza yaxınlığında ordu qüvvələri oğurlanan və itkin düşənlərlə bağlı informasiya əldə etmək üçün əməliyyat keçiriblər. Bu zaman İsrail ordusunun hərbçisi ölüb, daha üçü xəsarət alıb", - deyə o bildirib.

Qeyd edək ki, bundan öncə İzəddin əl-Qəssam Briqadası Qəzza zolağına girən İsrail ordusunun iki buldozer və bir tankını məhv etdiyini, israillilərin geri çəkilməyə məcbur olduğunu bildirmişdi.


Etiketlər:  Qəzzada əməliyyat İsrail əsgəri öldü


RƏYLƏR