Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Real"dan iki böyük transfer - Peresin hədəfi onlardır

Tarix: 23 Oktyabr 2023 11:48

"Real Madrid"in iki əsas transfer hədəfi var.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, bu barədə "El Mundo Deportivo" qəzeti məlumat verib. Bildirilir ki, klub prezidenti Florentino Peres Kilian Mbappe və Joze Mourinyonu qarşısında əsas hədəf kimi qoyub.

Bildirilir ki, Peresin Karlo Ançelottidən sonra baş məşqçi postuna əsas hədəfi Joze Mourinyodur. Məlumata görə, bu barədə artıq hazırda "Roma"da çalışan Mourinyoya təklif irəli sürülüb. Kərim Benzemanın Səudiyyə Ərəbistanına transferindən sonra iddialı hücumçu transfer etməyən "Real"ın bu mövqe üçün əsas hədəfi Mbappedir. Qeyd edək ki, adı Səudiyyə Ərəbistanı komandaları ilə də hallanan Mourniyo "Real Madrid"də işləmək üçün krallığa getməyi bir müddət təxirə sala bilər.

Üç il "Real Madrid"də işləyən Mourinyo 2012-ci ildə kluba La Liqa çempionluğunu qazandırıb.

Milli.Az


Etiketlər:  Realdan iki böyük transfer Peresin hədəfi onlardır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ