Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İstanbuldan böyük köç - 2,2 milyon insan şəhəri tərk edib

İstanbuldan böyük köç - 2,2 milyon insan şəhəri tərk edib

Tarix: 23 Oktyabr 2023 12:10

İstanbulda yaşayan yerli türklər meqapolisi tərk edərək öz məmləkətlərinə qayıtsa da, əcnəbi vətəndaşların İstanbula köçü səngimir.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu barədə danışan keçmiş millət vəkili Gürsel Tekin 7-8 ildir İstanbulda baş qaldıran mühacir probleminə diqqət çəkərək deyib: "İstanbul yadellilərin vətəninə çevrilib".

Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatına görə, miqrasiyanın ən böyük səbəblərindən biri "yaxşı mənzil və məişət şəraiti"dir. İstanbulda Suriya və digər xarici vətəndaşların sayı isə artıb.

Gürsel Tekin deyib ki, bu köç hərəkətləri ilə İstanbulda yaşayan xarici vətəndaşların sayında ciddi artım var.

Məsələn, 200-300 il ərzində Kadıköy səmtində yaşayanların böhrana dözməyərək evlərini kirayə verdiyini və İstanbulu tərk etdiyini bildirən Tekin orta təbəqənin Çanaqqala, Balıkəsir kimi şəhərlərə yerləşdiyini bildirib.

Sabiq millət vəkili bildirib ki, yoxsulluq içində yaşayan insanların əksəriyyəti Anadoluda kənd və qəsəbələrinə gedib. Tekin "onları kim əvəz edir: sualına özü cavab verərək deyib: "Öz ölkələrində varlanan Misir, Ukrayna, İran kimi ölkələrin vətəndaşları mülk əldə edərək İstanbulun mərkəzi hissələrinə köçüblər".

TÜİK-in məlumatına görə, 2018-2022-ci illəri əhatə edən son 5 ildə İstanbuldan 2 milyon 182 min insan köç edib. 2018-ci ildə 596 min olan bu rəqəm 2019-cu ildə 378 minə düşsə də, sonrakı illərdə tədricən yenidən artaraq 2022-ci ildə 418 mini keçib.

Eyni dövrdə İstanbula cəmi 1 milyon 983 min insan köçüb. Suriyalılar da daxil olmaqla İstanbulun əhalisi 16 milyon 440 min olduğu halda, hələ də miqrant qəbul edən meqapolisi tərk edənlərin sayı gələnlərdən 199 min nəfər çoxdur. Oktyabr ayının əvvəlinə olan məlumata görə, İstanbulda yaşayış icazəsi ilə 576 min əcnəbi yaşayır.

Milli.Az


Etiketlər:  İstanbuldan böyük köç 22 milyon insan şəhəri tərk edib


RƏYLƏR