Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Oktyabr 2023 16:40
"3+3" formatı nədir? Bu format region dövlətlərinin (Ermənistan, Gürcüstan, Azərbaycan) və regional güc mərkəzlərinin (Rusiya, İran, Türkiyə) iştirak etdiyi Cənubi Qafqazda regional məsələlərin müzakirəsi üçün platformadır. Reallıqda bu gün bu, "3+2" formatıdır, çünki Gürcüstan orada iştirak etmir.
Sonxeber.net musavat.com-a istinadən bildirir ki, politoloq Sergey Melkonyan həmin formatın Ermənistan üçün nə demək olduğunu açıqlayıb:
1. "3+3" formatı 2020-ci ilin sonunda Türkiyə tərəfindən təklif edilib. Sonra Ankara təkcə Azərbaycan vasitəsilə deyil, regional proseslərdə də mühüm rol oynamağa çalışdı. Lakin Rusiya türk sülhməramlılarının gəlməsini əngəlləyərək, Türkiyənin rəsmi mövcudluğunu ortaq müşahidə məntəqəsi ilə birtəhər məhdudlaşdıra bildi. 2020-ci il müharibəsi zamanı İran da öz xidmətlərini təklif etdi, lakin o da kənarda qaldı. İndi Rusiyanın mövqeyi zəiflədiyi üçün Tehran və Ankaranın istəklərini məhdudlaşdırmaq mümkün deyil.
2. Aydındır ki, bu format regiondakı proseslərin müzakirəsi zamanı Qərbin iştirakını istisna edir. Eyni zamanda, hazırkı Ermənistan Qərb platformalarının danışıqlar gündəmini fəal şəkildə təbliğ edir. Əslində paradoks elə bundan ibarətdir: Azərbaycan bütün diplomatik uğurlarını Brüsseldə, Praqada və Qranadada (hətta getmədiyi yerlərdə) əldə edib, İrəvan isə Qərb platformasını təbliğ edir. Yəni Ermənistan Qərbdəki bütün maraqlarını təslim edərək, Azərbaycanın mövqeyinin artıq güclü olduğu şərq platformasına çıxıb. Qərbdəki bütün nailiyyətlərdən sonra Bakı "3+3" formatında öz mövqeyini gücləndirmək üçün Qranada görüşündə iştirakdan imtina etdi. Başqa sözlə, Ermənistan son görüşə tamamilə müflis, Azərbaycan isə güclü mövqe ilə gəldi. İndi rəsmi Bakıya görə, "Məsələləri qonşular arasında və Qərbsiz həll etmək lazımdır".
3. Ermənistan üçün yeganə müsbət cəhət "3+3" gündəmini Türkiyədən kəsə bilmiş İranın fəaliyyətidir. Lakin İrəvanın bu istiqamətdə uğursuzluqlarını (hərbi-texniki əməkdaşlıqdan, birgə təlimlər və s. imtina) nəzərə almaq lazımdır. Bakı isə Tehranla münasibətlərdəki böhrana baxmayaraq, hətta onunla birgə təlimlər keçirib. Yeganə ümidvericici fakt Ermənistan və İranın maraqlarının kəsişdiyi nöqtələrin olmasıdır. Tehran isə İrəvandan fərqli olaraq onları müdafiə etməyə hazırdır.