Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Real Madrid" Karlo Ançelottiyə yeni müqavilə təklif etdi

Tarix: 25 Oktyabr 2023 08:12

"Real Madrid" futbol komandasının baş məşqçisi Karlo Ançelotti Madrid klubunda qala bilər.

Milli.Az report-a istinadən xəbər verir ki, "Real Madrid" rəhbərliyi italiyalı mütəxəssisə yeni müqavilə təklif edib və tərəflər müqavilənin uzadılması üçün danışıqlar aparır.

Bundan əvvəl Ançelottinin cari mövsümün sonunda Braziliya millisinə rəhbərlik edəcəyi bildirilirdi.

Xatırladaq ki, Karlo Ançelotti 2021-ci ildən "Real Madrid"in sükanı arxasındadır. Buna qədər italiyalı mütəxəssis İngiltərənin "Everton" klubuna rəhbərlik edib.

Hazırda Madrid klubu 10 oyunun nəticəsinə əsasən 25 xal toplayaraq İspaniya La Liqasının turnir cədvəlinə başçılıq edir.

Milli.Az


Etiketlər:  Real Madrid Karlo Ançelottiyə yeni müqavilə təklif etdi


RƏYLƏR