Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Oktyabr 2023 17:26
Ermənistanın daxili işlər naziri Vahe Qazaryan Azərbaycanın Qarabağ bölgəsindən bu ölkəyə getmiş erməni sakinləri özləri ilə gətirdikləri odlu silahları təslim etməyə çağırıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, parlamentdə çıxış edən Qazaryan qeyd edib ki, Azərbaycanın Qarabağ bölgəsindən Ermənistana müəyyən miqdarda silah və sursat daşınıb.
Nazir bildirib ki, silahların könüllü təhvil verilməsi halları var: "Belə ki, üç gün ərzində 4 avtomat və üç hamar lüləli odlu silah təhvil verilib".
Onun sözlərinə görə, hüquq-mühafizə orqanları mütəmadi olaraq vətəndaşlarla izahat işləri aparır, onları silahlarını könüllü təhvil verməyə çağırır.