Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tramp: “İsraili məhv etmək istəyirsənsə...”

Tramp: “İsraili məhv etmək istəyirsənsə...”

Tarix: 26 Oktyabr 2023 00:18

Donald Tramp hələ də 2024-cü ildə Ağ Evə qayıdacağına ümid edir. Hələlik isə o, planlarını seçicilərlə bölüşür.

ABŞ-nin Nyu-Hempşir ştatında seçkiqabağı mitinqdə çıxış edən Tramp bildirib ki, o, təkcə Amerikanı NATO-dan çıxarmaqla kifayətlənməyəcək, həm də ABŞ-ni bürüyən immiqrasiya böhranının həlli üçün genişmiqyaslı və çoxşaxəli tədbirlər görəcək.

"Mən bütün miqrantların ciddi ideoloji yoxlanılmasını həyata keçirəcəyəm. Əgər Amerikaya nifrət edirsənsə, İsraili məhv etmək istəyirsənsə, dinimizi bəyənmirsənsə, cihadçılara rəğbət bəsləyirsənsə, o zaman sizi ölkəmizdə görmək istəmirik", - deyə o, tribunadan bəyan edib.

Məlumdur ki, Tramp həm də ilk prezidentliyi dövründə tətbiq etdiyi antimüsəlman qanunlarını gücləndirməyi, digər məsələlərlə yanaşı, əhalisinin əksəriyyəti müsəlman olan bir sıra ölkələrin vətəndaşlarına bütün növ Amerika vizalarının verilməsini qadağan etməyi planlaşdırır.

Milli.Az


Etiketlər:  Tramp İsraili məhv etmək istəyirsənsə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ