Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Millimizin sabiq üzvü karyerasını başa vurdu

Millimizin sabiq üzvü karyerasını başa vurdu

Tarix: 26 Oktyabr 2023 09:18

Azərbaycan yığmasının sabiq müdafiəçisi Ruslan Abışov karyerasını başa vurub.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, o, 36 yaşında futbolla vidalaşıb.

Veteran futbolçu sosial şəbəkə hesabındakı paylaşımında bunları qeyd edib:

"Əziz azarkeşlər, buradan sizinlə futbolçu kimi sağollaşmaq istəyirəm. Əslində könül istərdi ki, əynimdə yetirməsi və qatı azarkeşi olduğum "Neftçi" formasıyla futbolla və sadiq azarkeşlərlə vidalaşım, amma qismət deyilmiş. Futbol karyeramın ilk günündən bu günə kimi birgə çalışdığım hər kəsə - məşqçilərimə, komanda yoldaşlarıma, bütün azarkeşlərə, jurnalistlərə (xüsusilə idman jurnalistlərinə) və bir sözlə üzərimdə əməyi olan hamıya sonsuz təşəkkürümü bildirirəm!"

Xatırladaq ki, Abışovun sonuncu iş yeri 2021-ci ildən formasını geyindiyi "Zirə" olub. O, karyerası ərzində "Neftçi", "Qəbələ", "Xəzər Lənkəran", "Sabah", "İnter" kimi klublarda da forma geyinib. Ruslan Rusiyada - "Rubin"də legioner həyatı da yaşayıb.

Milli.Az


Etiketlər:  Millimizin sabiq üzvü karyerasını başa vurdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ