Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nikol elan etdi: 2020-ci il bəyanatının bu bəndi ''silindi''

Nikol elan etdi: 2020-ci il bəyanatının bu bəndi ''silindi''

Tarix: 26 Oktyabr 2023 16:30

Yaxın vaxtlarda Ermənistanın hüquq-mühafizə sistemində xüsusi bölmə yaradılacaq ki, onun funksiyası Ermənistan ərazisindən keçən beynəlxalq rabitə, yük, nəqliyyat vasitələri və insanların təhlükəsizliyini təmin etmək olacaq.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan Tiflisdə keçirilən "İpək Yolu" beynəlxalq konfransı zamanı deyib.

Onun sözlərinə görə, bölmə patrul polisi ilə birgə fəaliyyət göstərəcək.

Paşinyan Ermənistanın bütün kommunikasiyaları açmağa hazır olduğunu bir daha təsdiqləyib:

"Region ölkələrinin kommunikasiyalarından qarşılıqlılıq və bərabərlik prinsipi əsasında istifadə edilməlidir və buna sərhəd və gömrük nəzarəti prosedurlarının müəyyən qədər sadələşdirilməsi ilə nail olmaq olar".

Paşinyan bir daha bəyan edib ki, Ermənistan və Azərbaycan Ermənistanın ərazisinin 29,8 min kvadrat kilometr, Azərbaycanın ərazisinin isə 86,6 min kvadrat kilometr olduğunu başa düşərək bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanıyır.

Qeyd edək ki, 10 noyabr 2020-ci il bəyanatının 9-cu bəndinə əsasən, Ermənistandan keçən yolun - Zəngəzur dəhlizinin - təhlükəsizliyini Rusiya FTX-nin Sərhəd Xidməti təmin etməli idi.


Etiketlər:  Nikol elan etdi 2020 bəyanatının bəndi silindi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ