Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qadın şahmatçılarımız Ermənistan komandasına qalib gələrək bürünc medala sahiblənib

Qadın şahmatçılarımız Ermənistan komandasına qalib gələrək bürünc medala sahiblənib

Tarix: 2 Noyabr 2019 16:08

Bakı. Trend:

Gürcüstanın Batumi şəhərində şahmat üzrə komandalararası 22-ci Avropa çempionatında Azərbaycanın qadın şahmatçılardan ibarət komandası bürünc medala sahiblənib.

Trend-in məlumatına görə, son turda Ermənistan komandası ilə qarşılaşan Günay Məmmədzadə Lilit Mkrtçyana, Ülviyyə Fətəliyeva Mariya Gevorqyana qalib gəlib. Xanım Balacayeva Elina Danielyan, Gülnar Məmmədova isə Anna Sarqsyanla xalı yarı bölüblər.

Görüş Azərbaycan millisinin 3:1 hesablı üstünlüyü ilə yekunlaşıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Qadın şahmatçılarımız Ermənistan komandasına qalib gələrək bürünc medala sahiblənib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ