Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Oktyabr 2023 00:16
Xüms məsələsində tez-tez qeyd olunan "Məunə" ifadəsi nə deməkdir?
"Məunə" bir sıra xərclərə deyilir ki, yaşayışda sərf olunur və aşağıdakılara şamildir:
1. Şəxsi yaşayışın xərcləri: Məsələn, yemək, geyim, yaşayış məskəni,yaşayış üçün vasitələr, nəqliyyat vasitələri, təhsil vasitələri, kompüter, evlilik məsrəfləri və s.
2. Hədiyyələr, bəxşişlər: Məsələn, xeyriyyə işləri, sədəqələr, mükafatlar və s.
3. Həcc səfərinin xərcləri (vacib olsun, ya da müstəhəb), ziyarət, səyahət və əyləncə xərcləri və s.
4. Şəxsin üzərinə düşən hüquq. Məsələn, diyə, kəffarə və kompensassiya.