Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sinan Akçıl Əməkdar artistin oğlunun ifasını paylaşdı - FOTO

Sinan Akçıl Əməkdar artistin oğlunun ifasını paylaşdı - FOTO

Tarix: 27 Oktyabr 2023 14:12

Türkiyəli müğənni Sinan Akçıl Əməkdar artist Təyyar Bayramovun xanəndə oğlu Kənanla bağlı diqqətçəkən paylaşım edib. 

Milli.Az bizim.media-ya istinadən bildriir ki, Sinan Kənanın Şuşada Cıdır düzündəki çıxışından görüntülərini sosial şəbəkə hesabında paylaşaraq ölkəmizin şanlı qələbəsini Fələstin-İsrail arasında gedən münaqişəyə nümunə çəkib. 

"On minlərlə fələstinli ailənin tək günahı vətən dedikləri torpaqlarda yaşamaq istəməkdir. "Bu gecə öləcəyik" deyə, düşünən dərdli analar, atalar gözümün önünə gəlir.

Arzu edirəm ki, bu gecə bu mahnı zalımları susduran olsun. Bir dua çox mənanı verir. Yanınızdayıq, QƏZZA, həm də iliklərimizə qədər. Bu mahnı türk dünyasının ağısı kimidir bu gecə. Böyük Azərbaycan şanlı bir qələbə ilə Qarabağı düşməndən təmizlədi. Qısası, vətən torpağı hər şeydir".

Milli.Az


Etiketlər:  Sinan Akçıl Əməkdar artistin oğlunun ifasını paylaşdı FOTO


RƏYLƏR