Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şəkər uşaqların davranışına təsir edirmi? - ARAŞDIRMA

Şəkər uşaqların davranışına təsir edirmi? - ARAŞDIRMA

Tarix: 28 Oktyabr 2023 00:48

Orqanizmdə bir sıra fəsadlara səbəb olduğu deyilsə də, son araşdırmalar şəkərin uşaqların davranışlarına təsir göstərmədiyini sübut edib. 

Milli.Az sfera.az-a istinadən xəbər verir ki, tədqiqatlar hətta şəkər yedikdən dərhal sonra uşaqlarda akademik biliklərin yüksəldiyini göstərib.Həddindən artıq şəkər qəbulu uşaqları hiperaktiv edib.Demək olar ki, hər bir valideyn şəkər yeyərkən övladının adi haldan daha çox enerjili olduğunun şahidi olub.

Bəs tədqiqat bu ümumi təcrübəni dəstəkləyirmi? Şəkər uşaqların davranışlarına mənfi təsir göstərirmi?

Təəccüblü də olsa, tədqiqat daimi şəkər qəbulunun uşaqların davranışlarına təsir göstərmədiyini sübut edir. Araşdırma şəkərin davranışa, zehni fəaliyyətə və ya akademik performansa əhəmiyyətli dərəcədə təsir etmədiyini göstərib.

Bəs şəkərə daha həssas olan uşaqlarda mənfi təsirə məruz qalma hallarına rast gəlinibmi?

Bu sualı cavab vermək üçün araşdırma zamanı şəkərə qarşı daha həssas olduğu bildirilən məktəb yaşlı uşaqlarla şəkərə həssas olmayan məktəbəqədər yaşlı uşaqlar müqayisə edilib. Daha sonra ailələrə üç həftə ərzində aşağıdakı pəhrizə riayət etmələri tapşırılıb: 

Süni dadlandırıcılar olmayan yüksək şəkərli rasion; 

Şəkəri az, lakin aspartam yüksək olan rasion (uşaqlarda hiperaktivliyin səbəbi kimi göstərilən süni dadlandırıcı); 

Şəkəri az, lakin saxarini yüksək rasion (hiperaktivliklə əlaqəsi olmayan süni dadlandırıcı).

Valideynlərə bütün qida rasionlarında hər hansı süni rəngləndirici, qida əlavəsi və konservantlardan uzaq durmaları bildirilib. Tədqiqatçılar üç rasionun hər hansı birində tipik məktəbəqədər yaşlı uşaqlarda və ya şəkərə həssas uşaqlarda davranış, diqqət, hiperaktivlik, əhval-ruhiyyə, icra funksiyası və ya akademik performansda heç bir fərq aşkar etməyiblər. Tədqiqatçılar 39 fərqli nəticəni sınaqdan keçiriblər və bu nəticələrin heç birində fərq tapmayıblar.

Bir araşdırma isə yüksək şəkərli içki içən uşaqların şəkərsiz içki içən uşaqlarla müqayisədə yaddaş və sinif performansının yaxşılaşdığını göstərib. Başqa bir araşdırma şəkərin yetkinlik yaşına çatmayanların davranışlarına təsirini araşdırıb. Tədqiqatçılar səhər yeməyi zamanı şəkərli qida və içki qəbul edən yeniyetmələrin, (xüsusən də hiperaktivliyi olan), şəkərsiz səhər yeməyi yeyən uşaqlarla müqayisədə bəzi məqamlarda daha yaxşı davranış nümayiş etdirdiyini aşkar ediblər.

Nəhayət, tədqiqat həmçinin təbii şəkərli qəlyanaltı yeyən uşaqların, süni şəkildə şirinləşdirilmiş qida qəbul edən uşaqlarla müqayisədə yaddaşının yaxşılaşdığını göstərib. Tədqiqatçılar uşaqların beyinlərinin səmərəli işləməsi üçün daha çox qlükoza tələb etdiyini düşünürlər. Qlükoza beynin əsas enerji mənbəyidir. Bu, şəkər qəbulunun davranış və akademik performansın yaxşılaşdırmasının başlıca səbəbidir. 

Tənqidçilər uşaqları üç həftə izləməyin nəticə əldə etmək üçün qısa müddət olduğunu bildiriblər.Təcrübələrin digər bir mənfi cəhətinin isə  təbii şəkərin təsirinin aspartam və ya saxarin kimi süni dadlandırıcılarla müqayisə edilməsidir.  

Milli.Az


Etiketlər:  Şəkər uşaqların davranışına təsir edirmi ARAŞDIRMA


RƏYLƏR