Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

BQXK-dən Qəzza ilə bağlı TƏCİLİ AÇIQLAMA - Bütün işçilər...

BQXK-dən Qəzza ilə bağlı TƏCİLİ AÇIQLAMA - Bütün işçilər...

Tarix: 28 Oktyabr 2023 08:28

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Fələstin bölməsi Qəzza zolağındakı bütün nümayəndələr, tərəfdaşlar və yardım işçiləri ilə əlaqəni itirib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu barədə təşkilat "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Qəzzada narahatlıq doğuran vəziyyət var. Biz bölgədəki komandalarımızla bütün əlaqəmizi itirmişik", - məlumatda deyilir.

BQXK-nın Fələstin bölməsi həmçinin bildirib ki, ərazidə stasionar, mobil və internet rabitəsi kəsilib, bu, təcili tibbi yardım da daxil olmaqla, əsas xidmətlərə ciddi təsir edib.

Qeyd edək ki, bundan əvvəl Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Qəzza zolağında işçiləri ilə əlaqənin kəsilməsi barədə məlumat verib. Hər iki təşkilat bölgədəki bütün mülki şəxslərin dərhal müdafiəsinə çağırıb.

Milli.Az


Etiketlər:  BQXK dən Qəzza ilə bağlı TƏCİLİ AÇIQLAMA Bütün işçilər


RƏYLƏR