Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Oktyabr 2023 22:06
"Ermənistanın KTMT-dən çıxıb NATO-ya üzv olması, Cənubi Qafqazda təhlükəli gəlişmələrə yol açacaq".
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bunu rusiyalı politoloq İvan Mezyuxo deyib.
Ekspert əmindir ki, KTMT-dən çıxmaq Ermənistan üçün ciddi səhv olacaq:
"Bu həyata keçirilsə, Cənubi Qafqazda vəziyyət qeyri-sabit və təhlükəli olacaq".
Mezyuxo qeyd edib ki, Ermənistanda daxili siyasi durum dəyişdikdən sonra Rusiya ilə münasibətləri yaxşılaşdırmaq mümkün olacaq:
"Erməni xalqı hakimiyyəti dəyişib Paşinyanı devirmək qərarına gəlsə, İrəvanla Moskva arasında dövlətlərarası münasibətlər yaxşılaşacaq".
Onun sözlərinə görə, ermənilər özlərini Avropa Birliyində gördüklərini və NATO-ya daxil olmaq istəklərini ifadə edirlər, bütün bunlar Rusiya üçün çağırışdır.