Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şərab xərçəng riskini azaldır - ARAŞDIRMA

Şərab xərçəng riskini azaldır - ARAŞDIRMA

Tarix: 29 Oktyabr 2023 02:03

Castilla-La Mancha Universitetinin (UCLM) alimləri müəyyən ediblər ki, şərabın orta səviyyədə istehlakı dəri, mədə və beyin şişləri də daxil olmaqla müəyyən xərçəng növlərinin inkişaf riskini azalda bilər. Araşdırma "Frontiers in Nutrition" jurnalında dərc olunub.

Sonxeber.net lent.az-a istinadən bildirir ki, tədqiqatçılar bir neçə bazadan yüksək keyfiyyətli 73 araşdırma seçiblər. Yalnız şərab istehlakı ilə yuxarı mədə-bağırsaq traktının, böyrəklərin, kolon və düz bağırsaq, dəri, mədəaltı vəzi, beyin, ağciyər və ginekoloji toxumaların xərçəngləri arasındakı əlaqəni qiymətləndirən tədqiqatlar təhlilə daxil edilib. Daxil edilən məqalələrin nəşr müddəti 1986-2021-ci illər arasında dəyişib və tədqiqatlarda Avstraliya, Qərbi Avropa və Şimali və Cənubi Amerikadan 18-103 yaş arası 4.346.504 insan iştirak edib.

Təhlil şərab istehlakı ilə xərçəng riski arasında heç bir əlaqə tapmayıb. Bunun əksinə olaraq, şərab xüsusilə beyin, ağciyər, dəri və mədəaltı vəzidə şiş riskinə qarşı qoruyucu tendensiyalar göstərib. Bunun səbəbi, iltihabı azaldan və hüceyrələri reaktiv oksigen növlərindən zədələnmədən qoruyan fitoestrogenlər və antioksidantlar kimi şərab komponentləri ola bilər. Həmçinin, içki mədənin turşuluğunu artıraraq, Helicobacter pylori kimi mikroorqanizmlərin inkişafını zəiflədir. Bu bakteriya mədə xərçəngi üçün əsas risk faktorudur.

Seçilmiş nəşrlər şərab istehlak səviyyələrini sənədləşdirməyib. İstehlak olunan şərabın miqdarı, pəhriz, həyat tərzi və sosial-iqtisadi vəziyyət nəzərə alınmaqla, içkinin xərçəng riskinə həqiqi təsirini müəyyən etmək üçün daha çox araşdırmaya ehtiyac var.


Etiketlər:  Şərab xərçəng riskini azaldır ARAŞDIRMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ