Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə Təbrizin ümid yeridir - Ərdoğana müraciət

Türkiyə Təbrizin ümid yeridir - Ərdoğana müraciət

Tarix: 29 Oktyabr 2023 14:16

Güney Azərbaycan Cümhuriyyət Partiyası Türkiyə Respublikasının yaranmasının 100-cü ildönümü münasibətilə Prezident Ərdoğana təbrik məktubu ünvanlayıb. Məktubda Türkiyə Cümhuriyyətinin azadlıq üçün mübarizə aparan 40 milyondan çox Güney Azərbaycan xalqının böyük ümidi olduğu vurğulanıb.

Sonxeber.net axar.az-a istinadən məktubun mətnini təqdim edir:

"Cənab Prezident, Cümhuriyyətin yaranmasının 100 illiyi münasibəti ilə sizi və türk xalqını ən səmimi arzularımızla təbrik edirik. Qardaş Türkiyə Sizin rəhbərliyiniz altında uğurlu idarəçiliyi ilə türk xalqlarının və dövlətlərinin sevincinə və qüruruna çevrilmiş, dünya dövlətləri arasında hörmətli mövqe qazanmışdır.

Türkiyə Cümhuriyyəti işğaldan azad olmaq üçün mübarizə aparan 40 milyondan çox Güney Azərbaycan xalqının böyük ümidi olmaqda davam edir. Çünki biz Güney Azərbaycan türkləri olaraq Türkiyə Cümhuriyyətinin yaxın gələcəkdə bölgə xalqlarına və türk dövlətlərinə birlik və bütünlük təmin edən bir gücə çevriləcəyinə inanırıq. Eyni zamanda Türkiyə Cümhuriyyəti bu güclə bölgədə daimi sülh və əmin-amanlığı təmin edən lider dövlət rolunu daim qoruyacaq. Sizin bir vaxtlar ifadə etdiyiniz kimi, Türkiyə məzlum və çarasizlərin ümid qapısıdır. Bu səbəbdən, Türkiyə Cümhuriyyətinə olan etibarımızda yanılmadığımızı və cümhuriyyətimizin daim yaşayacağına sonsuz inamımız olduğunu bildirmək istərdik.

Biz Güney Azərbaycan türkləri başda Türkiyənin istiqlal mübarizəsinin lideri və qurucusu Qazi Mustafa Kamal Atatürk olmaqla, bütün şəhid və qazilərimizi rəhmət, hörmət və rəhmətlə yad edirik.

Cümhuriyyətimizin növbəti ildönümlərini də sizin liderliyiniz və uzaqgörən siyasətiniz nəticəsində davamlı olaraq inkişaf edərək, böyüyərək keçirəcəyimizə qəti inanırıq".


Etiketlər:  Türkiyə Təbrizin ümid yeridir Ərdoğana müraciət


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ