Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Modriç 500-ə çatdı

Modriç 500-ə çatdı

Tarix: 29 Oktyabr 2023 18:26

"Real"ın futbolçusu Luka Modriç komandanın heyətində 500-cü oyununu keçirib.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 38 yaşlı yarımmüdafiəçi ötən gün La Liqanın 11-ci turunda "Barselona" ilə görüşün 63-cü dəqiqəsində meydana çıxıb. Bu da Modriçin "Real"ın heyətində 500-cü oyunu olub.

Modriç bu müddət ərzində 37 qol vurub, 78 qol ötürməsi verib, 23 kubok və 1 "Qızıl top" qazanıb. Xorvatiyalı futbolçu 2012-ci ildən "kral klubu"nun formasını geyinir. 

Qeyd edək ki, ötən gün "Real" "Barselona"ya 2:1 hesabı ilə qalib gəlib. İlkay Gündoğanın qoluna Cud Bellinqem dublla cavab verib.


Etiketlər:  Modriç çatdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ