Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Oktyabr 2023 18:50
Ermənistanın hakim partiyasının deputatı Hayk Sarkisyan hərbi xidmətlə bağlı qanun layihəsi hazırlayıb.
Sonxeber.net musavat.com-a istinadən bildirir ki, bu barədə erməni mediasına istinadən bildirir ki, qanun layihəsinə görə, 27-37 yaş arası hərbi xidmətdən yayınanlar Ermənistanda orduda xidmət etməklə və ya büdcəyə pul köçürməklə cinayət təqibindən yayına bilərlər.
Bununla bağlı vətəndaşlara aşağıdakı variantlar təklif edilir:
- 12 ay xidmət edin və 6,2 min dollar ödəyin.
- 6 ay xidmət edin və 12,4 min dollar ödəyin.
- 1 ay xidmət edin və 24,8 min dollar ödəyin.
- hərbi xidmət əvəzinə 37,5 min dollar ödəyin.
Deputat hesab edir ki, qanun layihəsinin qəbulu bir çox vətəndaşın vətənə qayıtmasına imkan verəcək, ölkənin silahlı qüvvələri repatriantlarla təmin olunacaq, dövlət büdcəsinə əlavə vəsait daxil olacaq.
Göründüyü kimi, Ermənistan hərbi xidmət vasitəsilə də büdcəsinə vəsaitlər cəlb etməyə çalışır. Əslində doğru edir, qonşusunun ərazisini on illərlə işğalda saxlayan ölkə ümumiyyətlə, ordu saxlamaq hüququndan məhrum edilməlidir.