Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Oktyabr 2023 05:16
İslam İlahi dindir. Axırıncı və ən kamil dindir. Quranın bizlərə verdiyi həyat proqramı dünyanın sonuna qədər hər bir müsəlmana kifayət edər.
Quran daima Peyğəmbərimizin (s) sülh və mehribanlığına təkid edirdi. Onu aləmlər üçün rəhmət adlandırırdı.
"Həqiqətən sizə (mələklərdən və cinlərdən deyil) özünüzdən olan bir peyğəmbər gəlib ki, sizin əziyyət və zərərə düşməyiniz ona ağırdır; o, sizi(n iman gətirməyinizi və kamala çatmağınızı) çox istəyir və möminlərə qarşı çox mərhəmətli və mehribandır". ("Tövbə" 128).
"Əgər (təqib edilən) müşriklərdən biri səndən aman istəsə, Allahın kəlamını eşitmək üçün ona aman ver. Sonra onu təhlükəsiz olduğu yerə çatdır. Çünki onlar bilməyən bir dəstədirlər". ("Tövbə" 6).
İmam Sadiq (ə) buyurur: "Cəbrayil (ə) Peyğəmbərin (s) yanına gəlir və deyir: "Pərvərdigarın sənə salam deyir ki, bəndələrimlə mehriban ol"".
İslam dininin düşmənlərə nəzəri belədir: "Beləliklə, elə ki, haram aylar (verilmiş möhlət və döyüşməyin haram olduğu dörd ay) sona çatdı, müşrikləri harada görsəniz (istər Hərəmin daxilində olsunlar, istərsə də xaricində, haram aylarda olsun və ya başqa aylarda) öldürün, tutun, mühasirəyə alın və hər yerdə onların pusqusunda durun. Beləliklə, əgər tövbə etsələr, namaz qılsalar və zəkat versələr yollarını açın ki, həqiqətən Allah çox bağışlayan və mehribandır". ("Tövbə" 5).
"Buna görə də heç vaxt kafirlərə tabe olma və bundan (bu Kitabdan və onun güclü məntiqindən) ilhamlanaraq onlara qarşı böyük bir cihad et (onlarla həm silahlı, həm də ideoloji mübarizə apar)". ("Furqan" 52).
Əgər Məsumların (ə) həyatına nəzər salsaq görərik ki, din nə zaman təhqir olunsaydı və ya bidət yaratmağa çalışsaydılar, onlar tez bir zaman reaksiya verərdilər. İmam Əli (ə) yalançı dastanlar uyduranlarla şiddətlə rəftar edirdi. Çünki onlar dinimizə xurafatları daxil edirdilər. Bu insanlar birbaşa və ya dolayı yollar İmamların (ə) təzəkkürünə məruz qalırdılar.
Bizim Peyğəmbərimiz (s) ən mehriban insan olmuşdur. Əgər kimsə az da olsa onunla yaxın olsa və ya tanış olsa idi, əxlaqına və dininə cəzb olunardı. Bu mövzu düşmənləri çox qorxurdur. Ona görə də hər yola əl atırlar ki, Həzrətin (s) adını və dinini aradan aparsınlar. Lakin bilmirlər ki, əksinə - İslam dininin yayılmasına səbəb olurlar.