Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

HƏMAS-ın bir neçə yüksək rütbəli komandiri öldürüldü

HƏMAS-ın bir neçə yüksək rütbəli komandiri öldürüldü

Tarix: 30 Oktyabr 2023 17:14

HƏMAS-ın bir neçə yüksək rütbəli komandiri öldürülüb.

Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.

Zərərsizləşdirilən hərbçilərin arasında HAMAS-ın mərkəzi briqadasının Dəniz Qüvvələrinin komandiri Cəmil Baba, "Daraj Tuffa" batalyonunun tank əleyhinə raket bölməsinin komandiri Məhəmməd Səfadi, HƏMAS-ın tank əleyhinə raket briqadasının məşhur döyüşçülərindən biri Muvaman Hicazi və başqaları var.

Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb. Bunun fonunda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir həmin gün ölkədə fövqəladə vəziyyət elan edib. İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib.


Etiketlər:  HƏMAS neçə yüksək rütbəli komandiri öldürüldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ