Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ''a şok məğlubiyyət

''Qarabağ''a şok məğlubiyyət

Tarix: 30 Oktyabr 2023 21:26

Futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun daha bir oyunu keçirilib.

Sonxeber.net report-a istinadən xəbər verir ki, sonuncu qarşılaşmada "Qarabağ" "Araz-Naxçıvan"la üz-üzə gəlib.

Tofiq Bəhramov adına Respublika stadionundakı görüş Naxçıvan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə bitib. 75-ci dəqiqədə Orxan Əliyev penaltini dəqiq yerinə yetirib. 90+2-ci dəqiqədə Elvis Maşike fərqi iki topa çatdırıb.

"Köhlən-atlar"ın heyətində Olavio Juninyo 90+7-ci dəqiqədə təsəlli qoluna imza ata bilib.

Bu nəticədən sonra xallarının 20-yə çatdıran "Araz-Naxçıvan" ikinci sıradakı "Qarabağ"a çatıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Zirə" "Səbail"lə (2:2), "Sumqayıt" "Qəbələ" ilə (0:0) bərabərə qalıb, "Turan Tovuz" "Kəpəz"ə (4:0), "Sabah" isə "Neftçi"yə (1:0) qalib gəlib.


Etiketlər:  Qarabağa şok məğlubiyyət


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ