Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Putin bu il ikinci dəfə prosesə nəzarəti itirdi

Putin bu il ikinci dəfə prosesə nəzarəti itirdi

Tarix: 31 Oktyabr 2023 10:36

Rusiya hələ də döyüşlərə tab gətirə, cəbhədə ora-bura təzyiqi artıra bilər, amma strateji baxımdan bu qarşıdurmaya tab gətirə bilmir.

Milli.Az axar.az-a istinadən bildirir ki, xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

"Biz Rusiya sistemini ayıq şəkildə qiymətləndirməliyik. Onlar Ukraynada ələ keçirdiklərini itirməmək üçün bütün qüvvələrini səfərbər ediblər, eyni zamanda öz ərazilərini belə nifrət və deqradasiya səviyyəsində çirkləndiriblər", - o bildirib.

Dağıstandakı iğtişaşlardan danışan Zelenski vurğulayıb ki, bu, Rusiyada hadisələrə nəzarətin itirildiyi ikinci hadisədir (Birinci hadisə "Vaqner" rəhbərinin üsyanı idi - red.).

Qeyd edək ki, Mahaçqala hava limanına yerli sakinlərdən ibarət böyük izdiham hücum edərək, yəhudilərin respublika ərazisindən çıxarılmasını tələb edib. Qarşıdurmalarda polislər xəsarət alıb, həbs olunanlar var. Mahaçqala hava limanı fəaliyyətini müvəqqəti olaraq dayandırıb.

Artıq hadisələrlə bağlı 83 nəfər saxlanılıb.

Milli.Az


Etiketlər:  Putin bu il ikinci dəfə prosesə nəzarəti itirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ