Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Çexiya Prezidenti bayraq ilə hərbçinin başına zərbə endirdi, üzr istədi - VİDEO

Çexiya Prezidenti bayraq ilə hərbçinin başına zərbə endirdi, üzr istədi - VİDEO

Tarix: 31 Oktyabr 2023 11:10

Çexiyada ilk Çexoslavakiya Respublikasının yaranmasınının 105-ci ildönümü ilə bağlı keçirilən tədbir zamanı ölkə Prezidenti Petr Pavel çətin anlar yaşayıb. 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Pavel fəxri qarovul önündə ona təqdim edilən döyüş bayrağını saxlaya bilməyib və onunla hərbçilərdən birinin başına zərbə endirib. 

Sözügedən hərbçi isə hadisəyə reaksiya verməyib. 

Bunun ardınca Çexiya Prezidenti öz "X" hesabında paylaşım edərək hadisəyə görə üzr istəyib: "Mərasim zamanı hərbçiyə vurduğum fiziki və mənəvi zərərə görə üzr istəməyi zəruri hesab edirəm". 

O, həmçinin bayraq dirəyinin çəkisini nəzərə almadığını vurğulayıb. 

Hadisənin görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb.

Milli.Az


Etiketlər:  Çexiya Prezidenti bayraq ilə hərbçinin başına zərbə endirdi üzr istədi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ