Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyalı milyarder Fransada saxlanıldı

Rusiyalı milyarder Fransada saxlanıldı

Tarix: 31 Oktyabr 2023 13:20

Rusiyalı milyarder Aleksey Kuzmiçev Fransada saxlanılıb. 

Milli.Az baku.ws-ə istinadən bildirir ki, bu barədə "Le Monde" qəzeti yazır.

Nəşr Milli Maliyyə Prokurorluğuna istinadən şübhəlinin Parisin yeddinci rayonundakı evində və onun Sen-Tropedəki villasında aparılan axtarışlardan bəhs edir.

Qəzet Kuzmiçevi "Rusiyanın ən nüfuzlu adamlarından biri" adlandırır və onun Ukraynadakı hadisələrlə bağlı Aİ sanksiyaları altında olduğunu qeyd edir. O, Fransa ərazisində olarkən sanksiya siyahısına daxil edilib.

Prokurorluğun bildirdiyinə görə, Kuzmiçevə qarşı aparılan istintaq vergi fırıldaqları, eləcə də digər qanun pozuntuları, o cümlədən "sanksiyaların pozulması" ilə bağlı şübhələrə aiddir.

Xatırladaq ki, ötən il martın 15-dən Kuzmiçev Aİ-nin sanksiyaları altındadır.

Kuzmiçevin nümayəndələrindən Fransa mediasından bu məlumatla bağlı hələlik heç bir şərh verilməyib.

Milli.Az


Etiketlər:  Rusiyalı milyarder Fransada saxlanıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ