Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Oktyabr 2023 14:30
AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının XI turunda keçirilən oyunlarda baş vermiş neqativ hallara görə üç klubu cərimələyib.
AFFA-dan verilən məlumata görə, "Sumqayıt" 1800 manat ziyana düşüb.
Təcili tibbi yardım avtomobili "Qəbələ" ilə matça (0:0) təyin edilmiş vaxtdan gec gəldiyi üçün "gənclik şəhəri" təmsilçisi 1000 manat xərc çəkməli olacaq. Qarşılaşma bitdikdən sonra meydana kənar şəxslərin daxil olması klubun daha 800 manat cərimələnməsinə səbəb olub.
"Qarabağ"ı 2:1 hesabı ilə məğlub edən "Araz-Naxçıvan"ın altı futbolçusunun sarı vərəqə alması klubun 700 manat cərimə ilə üzləşməsinə gətirib çıxarıb. Beş futbolçusu sarı vərəqə alan "Qarabağ" da eyni məbləğdə cərimə ödəyəcək.