Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ''ın rəqibindən böyükhesablı qələbə

''Qarabağ''ın rəqibindən böyükhesablı qələbə

Tarix: 3 Noyabr 2019 21:56

Lüksemburq çempionatında 11-ci turun oyunları keçirilib.
 
Qol.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Düdelanj” səfərdə “Differdanj”la qarşılaşıb və 3:0 hesablı qələbə qazanıb.
 
11 oyuna 16 xal toplayan “Düdelanj” hazırda 14 komanda arasında 5-ci pillədə qərarlaşıb.
 
Qeyd edək ki, Lüksemburq təmsilçisi  “Qarabağ”la ilk oyununu oktyabrın 3-ü evdə keçirib və 1:4 hesabı ilə uduzub. Bu komandalar arasındakı cavab görüşü isə dekabrın 12-də Bakıda olacaq.
 


Etiketlər:  Qarabağın rəqibindən böyükhesablı qələbə


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR