Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ İraq və Liviyanı dağıtdı, indi də od səpir - Mirkoviç

ABŞ İraq və Liviyanı dağıtdı, indi də od səpir - Mirkoviç

Tarix: 1 Noyabr 2023 09:20

Yaxın Şərqdəki gərgin vəziyyət ABŞ-ın bu illər ərzində regiondakı uğursuz diplomatiyasının nəticəsidir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu fransalı siyasi analitik Nikola Mirkoviç deyib.

"ABŞ-ın diplomatiyası fəlakətlidir. İndiki xaos daha çox ziddiyyətli hərəkətlərin və uğursuz diplomatiyanın nəticəsidir və onun Yaxın Şərqdəki təşəbbüslərinin qızğın xarakterini nümayiş etdirir", - o bildirib.

Ekspertin fikrincə, II Dünya müharibəsi başa çatdıqdan sonra ABŞ "od səpdiyi" Yaxın Şərq regionunda fəal iştirak edirdi:

"Vaşinqton İraq və Liviyanı dağıdıb oranı "barıt çəlləyinə" çevirdi, ardınca qoşunlarını Əfqanıstandan çıxarması regionda onsuz da gərgin olan vəziyyəti daha da çətinləşdirdi".

Ekspert hesab edir ki, indi İsraillə Fələstin arasında sülhə nail olmaq əvvəlkindən daha çətin olacaq və "ikidövlətli həll" prinsipinə sadiqlik daha uzaq perspektivə çevrilib.

Milli.Az


Etiketlər:  ABŞ İraq Liviyanı dağıtdı indi od səpir Mirkoviç


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ