Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Noyabr 2023 19:12
Futbol üzrə İsrail millisi Avro-2024-ün seçmə mərhələsində İsveçrə və Rumıniyaya qarşı ev oyunlarını keçirəcəyi yer müəyyənləşib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, komanda Qəzza zolağında baş verənlərlə əlaqədar ev oyunlarını Macarıstanın Felçsut şəhərindəki "Panço Arena"da keçirəcək.
İsrail yığması noyabrın 15-də İsveçrə, noyabrın 18-də isə Rumıniya ilə üz-üzə gələcək. UEFA-nın qərarına əsasən, hər iki matçda azarkeşlər stadiona buraxılacaq.
Qeyd edək ki, İsrail və Fələstin arasındakı müharibəyə görə UEFA İsrail təmsilçilərinin ev oyunlarını neytral meydanda keçirməsinə qərar verib.