Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Noyabr 2023 05:16
Sileyi-rəhim, yəni qohumlarla əlaqə saxlamaq dinimizdə çox təkid edilən əməllərdəndir. Bu, çox müstəhəb sayılan, həm bu dünyada, həm də axirətdə insana savab gətirən əməldir. Sileyi-rəhim insanları bir-birinə mehriban edir, ictimai münasibətləri möhkəmləndirir, qarşılıqlı yardımlaşmaya vasitə yaradır, mənfi emosiyaları aradan qaldırır və s. Lakin qadının öz ərinə itaət etməsi və onun sözündən çıxmaması da dinimizdə buyurulub və bu, daha vacibdir. Ola bilər ki, ailənin böyüyü hər hansı üzürlü səbəb üzündən bu və ya digər qohumla rabitə saxlamağa icazə vermir. Hər bir halda qadın əvvəlcə öz həyat yoldaşının tövsiyəsinə əməl etməlidir. İmkan daxilində yaxşı olar ki, qadın öz ərinə qohumlarla rabitə saxlamağın vacibliyi və faydaları barədə danışsın və qohumlarla ünsiyyət qurmağa icazə verməsini xahiş etsin. Bu məsələni qarşılıqlı məsləhət əsasında həll etmək lazımdır.