Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nəriman Abbasov: “Məqsədim bu turnirdə qalib olmaqdır”

Nəriman Abbasov: “Məqsədim bu turnirdə qalib olmaqdır”

Tarix: 2 Noyabr 2023 13:06

"Hazırlıqlar başa çatıb. Əminəm ki, əla mübarizə olacaq, biz qələbə qazanmağa hazırlaşırıq".

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bunu Yaponiyanın Rizin təşkilatının noyabrın 4-də Milli Gimnastika Arenasında keçiriləcək Landmark 7 MMA turniri ilə bağlı bu gün mətbuat konfransında Nəriman Abbasov deyib.

O, rəqibi Ali Abdulxalilovla duel hazır olduğunu bildirib: "Rəqibim dağıstanlıdır, yaxşı idmançıdır. Asan döyüş yoxdur. Hər an hər şey ola bilər, bu turnirdə iştiraka dəvət olunmağım məni çox sevindirdi və onun vətənimdə keçirilməsindən ikiqat məmnun oldum. İnanıram ki, Azərbaycanda keçiriləcək turnir Yaponiyadakından pis olmayacaq".

Nəriman həmçinin geriyə boylanaraq öz karyerasına da nəzər salıb: "17 yaşımdan idmanla məşğul olmağa başladım. Əvvəl həvəskar, sonra peşəkar kimi döyüşürəm. Karyeram boyu qalib gəlmək üçün əlimdən gələni edirəm. Çoxlu təkliflər var, amma ilk növbədə məqsədim bu turnirdə qalib olmaqdır. UFC-yə gəlincə, mən ora yalnız çempion kimi qayıtmaq istəyirəm".

Milli.Az


Etiketlər:  Nəriman Abbasov Məqsədim bu turnirdə qalib olmaqdır


RƏYLƏR