Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Noyabr 2023 16:30
Türkiyədə nikahdankənar münasibətdən dünyaya gələn 2 günlük körpə qızını öldürüb fındıq bağında basdıran qadın məhkəməyə çıxıb.
Sonxeber.net yenisabah.az-a istinadən xəbər verir ki, bu qanlı cinayət 2022-ci ilin sentyabrında baş verib.
27 yaşlı Bilge Çapa nikahdankənar münasibətdən dünyaya gələn 2 günlük körpə qızını öldürüb fındıq bağında basdırmaq ittihamı ilə saxlanıldığı işdə hakim qarşısına çıxıb.
"İstifadə etdiyim dərmanlara görə bəzi hadisələri xatırlamıram" deyən Çapa özünü belə müdafiə edib:
"Həmin gün körpə ilə xəstəxanadan çıxandan sonra evdə heç kim yox idi. Axşam yatdım. Ertəsi gün yuxudan oyandım, Uşaq ölmüşdü. Çox qorxduğum üçün meyiti gizlətmək qərarına gəldim".