Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İstanbulda 512 qeyri-qanuni miqrant saxlanılıb

İstanbulda 512 qeyri-qanuni miqrant saxlanılıb

Tarix: 3 Noyabr 2023 07:26

İstanbulun Esenyurt bölgəsində keçirilən "Qalxan" əməliyyatlarında 512 qeyri-qanuni miqrant yaxalanıb. Evlərini immiqrantlara kirayə verən 41 ev sahibi isə cərimələnib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında məlumat paylaşıb.

Onun sözlərinə görə, 452 polis və immiqrasiya əməkdaşının iştirakı ilə həyata keçirilən əməliyyatda əcnəbi vətəndaşların Türkiyədə qanuni qalma statusları və qeydiyyatda olduqları vilayətdə olub-olmamaları yoxlanılıb. 512 qeyri-qanuni immiqrantdan 318-i qaldıqları evlərdə yaxalanıb. Bu immiqrantların qeyri-qanuni mühacir olduğunu bilməsinə baxmayaraq evlərini kirayə verən 41 ev sahibinə cərimə yazılıb və bu evlər bağlanaraq möhürlənib. Tətbiq çərçivəsində Esenyurtun müxtəlif yerlərində 30 mobil miqrasiya məntəqəsi yaradılıb.

Bildirilib ki, qeyri-qanuni miqrantların ölkələrinə geri göndərilməsi prosedurlarına başlanılıb.

Milli.Az


Etiketlər:  İstanbulda qeyri qanuni miqrant saxlanılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ