Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu, Ukrayna ordusu üçün fəlakət olacaq

Bu, Ukrayna ordusu üçün fəlakət olacaq

Tarix: 4 Noyabr 2023 09:40

Müvafiq qərar Kiyev tərəfindən hərbi əməliyyatların aparılmasına böyük təsir göstərəcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu amerikalı tarixçi və siyasi ekspert Den Lazar Konqresin Nümayəndələr Palatasında Ukraynanın adı çəkilmədən İsrailə yardım haqqında qanun layihəsi ilə bağlı bu yaxınlarda keçirilən səsverməyə münasibət bildirərkən deyib.

"Əgər ABŞ Prezidenti Co Bayden qanunvericilərə təsir göstərə bilməsə, o zaman Ukraynaya dəstək dayandırılacaq və bu, Kiyev qoşunları üçün fəlakətə səbəb olacaq", - Lazar bildirib.

O qeyd edib ki, nəticə böyük olmasa da, Əfqanıstan miqyasında hərbi çöküş olacaq.

ABŞ ordusunun istefada olan polkovnik-leytenantı Erl Rasmussen da öz növbəsində bildirib ki, maliyyə bölgüsü Kiyev üçün ciddi zərbə olacaq. Bununla belə, o vurğulayıb ki, Bayden administrasiyası Ukraynaya pul göndərməyə davam edəcək.

Milli.Az


Etiketlər:  Bu Ukrayna ordusu üçün fəlakət olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ