Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İngiltərə nəhəngi Vinisiusu hədəfə aldı

İngiltərə nəhəngi Vinisiusu hədəfə aldı

Tarix: 4 Noyabr 2023 22:16

"Mançester Yunayted" "Real"ın braziliyalı hücumçusu Vinisius Juniorla maraqlanır.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "Fichajes" nəşri məlumat yayıb.

"Qırmızı şeytanlar" 23 yaşlı Madrid klubunun ulduzuna hər mövsüm üçün 20 milyon avrodan çox maaş təklif etməyə hazırdır. Amma Vinisius bu yaxınlarda "qalaktikos"la müddəti 2027-ci ilin yayına qədər olan yeni müqavilə imzalayıb. Ona görə də transferin baş tutacağı real görünmür.

Bu mövsüm Vinisius Junior "Real"ın heyətində 10 oyun keçirib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib. Transfermarkt portalı Braziliya millisinin üzvünün dəyərini 150 milyon avro olaraq qiymətləndirir. Lakin onun yeni müqaviləsindəki təzminat məbləği daha yüksəkdir - 1 milyard avro.

Milli.Az


Etiketlər:  İngiltərə nəhəngi Vinisiusu hədəfə aldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ