Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yaşı 50-ni keçənlər, bu meyvəyə diqqət edin

Yaşı 50-ni keçənlər, bu meyvəyə diqqət edin

Tarix: 5 Noyabr 2023 01:33

Demək olar ki, hər kəs xurma yeyə bilər, lakin 50 yaşdan yuxarı insanlar bu məhsula xüsusi diqqət yetirməlidirlər.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu sözləri "Вечерняя Москва" qəzetinə diyetoloq Mixail Ginzburq müsahibəsində deyib.

"Tərkibində çoxlu miqdarda A, B, C vitaminləri, həmçinin mikroelementlər var. Bu vitaminlər kompleksi xüsusilə payızda zəruri və qiymətlidir. Meyvənin tərkibindəki maddələr sinir sisteminin fəaliyyətini yaxşılaşdırır, immun sistemi, orqanizmi müxtəlif təhlükəli yoluxucu xəstəliklərdən qorumağa kömək edir.

Xurmanı təzə və həftədə üç dəfədən çox olmayaraq yemək daha yaxşıdır. Dondurulmuş məhsul faydalı keyfiyyətlərini saxlasa da, bu, ancaq ilk dondurmaya aiddir. Meyvələrdə bədən üçün lazım olan dəmir və yod da var", - diyetoloq qeyd edib.

Ginzburqun fikrincə, mədəaltı vəzi və öd kisəsi xəstəlikləri olanlar bu meyvədın imtina etsə, yaxşıdır. Şəkərli diabetdən əziyyət çəkənlər məhdud miqdarda xurma yeyə bilərlər - gündə bir ədəd.

"Məhsul piqmenti qorumağa imkan verir, bu isə o deməkdir ki, saçınız uzun müddət ağarmayacaq. Xurma həm də vaxtından əvvəl qocalmanın qarşısını alır", - həkim yekunda vurğualyıb.

Milli.Az


Etiketlər:  Yaşı 50 ni keçənlər bu meyvəyə diqqət edin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ