Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Boşanan arvadını məhkəmə binasında öldürdü - FOTO

Boşanan arvadını məhkəmə binasında öldürdü - FOTO

Tarix: 5 Noyabr 2023 17:32

Türkiyədə ər arvadını öldürüb.

Sonxeber.net lent.az-a istinadən bildirir ki, hadisə İzmir şəhəri Seferihisar məhkəməsinin inzibati binasında baş verib. Bir müddətdir əri Alettin Keçkin ilə münaqişələri bitməyən 23 yaşlı Neşe Keçkin boşanma ərizəsi yazmaq üçün adı çəkinlə məhkəmə binasına gəlib. Bunu eşidən ər də onun arxasınca gələrək arvadını fikrindən daşındırmağa çalışıb.

Arvadı razı olmadığı üçün ona bıçaqla hücum edib. Bu zaman yaxınlıqda olan polis əməkdaşı müdaxilə etmək istəyib. Lakin A. Keçkin onun əlindən çıxaraq məhkəmə binasına daxil olan arvadına çata bilib. Burada o, N. Keçkinə bir neçə bıçaq zərbəsi vuraraq, xəsarət yetirib. Xəstəxanaya yerləşdirilən 2 uşaq anasının həyatını xilas etmək mümkün olmayıb.

Saxlanılan ər isə ifadəsində, hadisə zamanı özünü itirdiyini və peşman olduğunu deyib. Bundan əlavə, arvadını bıçaqlayarkən onun narkotik maddənin təsirində olduğu iddiası irəli sürülüb.


Etiketlər:  Boşanan arvadını məhkəmə binasında öldürdü FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ