Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qalkin Puqaçovanın yerini AÇIQLADI

Qalkin Puqaçovanın yerini AÇIQLADI

Tarix: 5 Noyabr 2023 18:25

Rusiyalı komediya ustası və teleaparıcı Maksim Qalkin həyat yoldaşı, müğənni Alla Puqaçova ilə Baltikyanı ölkələrdə fotosunu dərc edib. 

Sonxeber.net lent.az-a istinadən bildirir ki, şəkil onun İnstaqram səhifəsində yerləşdirilib.

Noyabrın 4-də komediyaçı fotonun altına yazıb: "Bu gün Siquldada nə günəşli bazar günüdür".

Üstəlik, elə həmin gün Tverdə Puqaçovanın maşını görünüb. O, noyabrın 2-də Rusiyaya qayıdıb. Sənətçi ölkəyə Pskov vilayətindəki sərhəd keçidindən daxil olub.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Alla Puqaçovanın geri qayıtmasını şərh edərkən deyib ki, qanuna tabe olan istənilən rus öz vətənini sərbəst tərk edə və istədiyi vaxt geri qayıda bilər.

Oktyabrın sonunda Puqaçova dörd ayda ilk dəfə ortaya çıxıb. Müğənni ailəsi ilə birgə fotolarını yayımlayıb. "Həyatımıza davam edirik" yazıb və yazısına şərhləri də bağladıb.


Etiketlər:  Qalkin Puqaçovanın yerini AÇIQLADI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ