Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Noyabr 2023 20:18
Co Bayden altı yaşlı uşaq ağılındadır.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə ABŞ-nin keçmiş prezidenti Donald Tramp Floridada tərəfdarları ilə görüşü zamanı bildirib.
Siyasətçinin sözlərinə görə, dünya Baydenə gülür:
"Mən Baydenin bu yaşında ondan daha ağıllı olan altı yaşlı uşaqlarla rastlaşmışam".
Siyasətçi Co Baydeni korrupsioner və səriştəsiz adlandırıb.
Keçmiş prezident deyib ki, Çin və Rusiya rəhbərliyi ABŞ-nin başına gələnlərə inana bilmir.
"Ölkəmizə, prezidentimizə hörmət edirdilər, ona görə də biz təhlükəsiz idik. Çin bizimlə uşaq kimi danışır", - deyə Tramp narazılığını bildirib.