Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Noyabr 2023 01:33
Hamam ustalığı məktəbinin banisi Vasili Lyaxov buxar otağına getməyin qadağan olduğu xəstəlikləri sadalayıb.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, onun sözlərinə görə, əgər insanın bədən hərarəti yüksəkdirsə və ya sərxoşdursa, saunaya getməməlidir.
Xroniki xəstəliklərin, xüsusən də xoraların kəskinləşməsi dövründə hamama getmək arzuolunmazdır. Bu, qan laxtalanması riski yüksək olanlara da aiddir.
Mütəxəssis eyni zamanda insanları ruhi xəstəlikləri, o cümlədən epilepsiyaları varsa, buxar otağından istifadə etməkdən çəkinməyə çağırıb. Beyin travması alanlar hamama getməzdən əvvəl ən azı bir il, insult və ya infarktdan sonra isə ən azı bir ay gözləməlidirlər.