Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sudanda bazara mərmi düşdü - Xeyli ölən var

Sudanda bazara mərmi düşdü - Xeyli ölən var

Tarix: 6 Noyabr 2023 08:22

Sudanın paytaxtı Xartumda bazara mərminin düşməsi nəticəsində 20-dən çox insan ölüb.

Milli.Az report-a istinadən bildirir ki, bu barədə ölkədəki qeyri-hökumət təşkilatı olan Demokratiya Tərəfdarı Hüquqşünaslar Komitəsi məlumat yayıb.

Bildirilib ki, bu hadisə ordu rəisi Əbdülfəttah əl-Burhan və onun Çevik Dəstək Qüvvələrinə (RSF) komandanlıq edən keçmiş müavini Məhəmməd Həmdan Daqlo qüvvələri arasında aprel ayından bəri baş verən döyüşlərdə sonuncu qan tökülməsidir.

Açıqlamada iki tərəf arasında intensiv atışma zamanı mərmilərin Omdurman bazarına düşdüyü bildirilib. Omdurman dəfələrlə iki tərəf arasında şiddətli döyüşlərin meydanı olub.

Döyüşlərin böyük hissəsi əvvəllər Darfurun qərb bölgəsində aparılsa da, şahidlərin sözlərinə görə, paytaxt Xartumun cənubundakı ərazilərə də yayılıb.

Yerli qurumların hesablamalarına əsasən, indiyədək Sudan münaqişəsində 10 mindən çox insan həlak olub.

Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, müharibə təxminən 5,5 milyon insanın həm Sudan daxilində, həm də sərhədləri aşaraq qaçmasına səbəb olub.

Milli.Az


Etiketlər:  Sudanda bazara mərmi düşdü Xeyli ölən var


RƏYLƏR