Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyadan ABŞ-a “sürpriz”: bu ölkədə baza yaradır

Rusiyadan ABŞ-a “sürpriz”: bu ölkədə baza yaradır

Tarix: 6 Noyabr 2023 11:14

Rusiya Liviyada hərbi baza yaratmaq üçün bu ölkə ilə danışıqlar aparır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Blumberq" məlumat yayıb.

Bildirilir ki, ABŞ Rusiyanın bu addımından narahatlıq keçirir. Rusiyanın Afrika Liviyasında hərbi baza yaratmaq istəyi gerçəyə çevrilərsə, bu ölkə Liviyadan bütün Avropa İttifaqına nəzarət əldə edə bilər.

Danışıqlar 2023-cü il sentyabr ayının sonlarında Vladimir Putinlə görüş keçirən general Xəlifə Haftarın Moskvaya gəlişindən indiyə qədər davam edir.

Rusiyanın məqsədi Aralıq dənizinə çıxış əldə edib Liviya sahillərinə döyüş gəmiləri çıxarmaq, modern infrastrukturlu hərbi liman yaratmaq, bu ölkədə təyyarə bazası qurmaq, eləcə də "Vaqner" qoşunlarının bölgədə mövqelərini möhkəmləndirməkdir.

Amerika Birləşmiş Ştatlarının Liviyada xüsusi elçisi olmuş Conatan Uayner deyib ki, ABŞ hakimiyyəti Rusiyanın Liviyada, yəni Aralıq dənizi sahilləri boyunca hərbi mövqelərini genişləndirilməsi cəhdlərinə çox ciddi yanaşır:

"Əgər Rusiya orada liman qursa, bu ona Aralıq dənizində möhkəmlənməyə və bütün Avropa İttifaqını izləyib, casusluq etməyə şərait yaradacaq".

Milli.Az


Etiketlər:  Rusiyadan ABŞ a sürpriz bu ölkədə baza yaradır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ