Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qarabağdan köçən ermənilərin İrəvanda aksiya keçirdi - SƏBƏB

Qarabağdan köçən ermənilərin İrəvanda aksiya keçirdi - SƏBƏB

Tarix: 6 Noyabr 2023 19:42

Qarabağdan köçən ermənilər bu gün, noyabrın 6-da Ermənistanın Əmək və Sosial Məsələlər Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirərək pensiyalarını tələb ediblər.

Milli.Az musavat.com-a istinadən bildirir ki, bu barədə erməni mediası məlumat yayıb.

Etirazçıların sözlərinə görə, aksiyanı iki qrup insan keçirir: qocalıq pensiyaçılar və hərbi təqaüdçülər. 

Hərbi təqaüdçülərə gəlincə, "belə çıxır ki, o vaxt bizə lazım idi, indi isə yox? 20 ildən çox olan tərcümeyi-halımız silinir", - deyə etirazçılardan biri narazılığını bildirib.

Daha sonra aksiya iştirakçılarını əmək və sosial məsələlər naziri Narek Mkrtçanı qarşılayıb.

"Hazırda hökumət bu məsələni müzakirə edir. Mən qayıdıb suallara cavab verəcəyəm"- deyə nazir bildirib.

Milli.Az


Etiketlər:  Qarabağdan köçən ermənilərin İrəvanda aksiya keçirdi SƏBƏB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ