Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Noyabr 2023 19:58
Tehranın Evin həbsxanasında saxlanılan Nobel mükafatçısı və siyasi məhbus Nərgiz Məhəmmədi bu gün səhərdən aclıq aksiyasına başlayıb.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb.
Məlumata görə, məcburi hicab qaydalarını pozduğu üçün Məhəmmədinin tibb məntəqəsinə köçürülməsinə icazə verilməyib, o da bu vasitəyə əl atıb.
Siyasi məhbusun ürək çatışmazlığı və tənəffüs problemi xəstəliyindən əziyyət çəkməsinə baxmayaraq, müayinə və müalicəsinə icazə verilmir.
Qeyd edək ki, Güney Azərbaycanın Zəncan şəhərində doğulan Nərgiz Məhəmmədi hazırda Tehranın Evin həbsxanasında saxlanılır. O, 10 il 8 ay həbs, 154 şallaq cəzasına məhkum edilib. Məhəmmədi son məhkumluq dövründən əvvəl də 5 il yarım məhkumluq dövrü yaşayıb.